Müsabiqədə 22 fərqli ölkədən (Böyük Britaniya, İran, Ekvador, Çili, Azərbaycan, Hollandiya, İtaliya, Meksika, Mərakeş, Fransa, Yunanıstan, Hindistan, İrlandiya, Argentina, Keniya, Uruqvay, Finlandiya və s.) gələn iştirakçılar 16 innovativ proyektlə iştirak ediblər.
Barselonada Azərbaycanı təmsil edən Ülviyyə Abasova və Tural Abbasov “PrimeParking” startup ilə hakatonda üçüncü yerə layiq görülərək, 2025-ci ildə Almaniyanın Hamburq şəhərində keçiriləcək növbəti Qlobal Nəqliyyat Zirvəsinə dəvət olunublar.
Qaliblərə mükafatı Barcelona şəhərinin Meri, Ada Kolau, UİTP-in baş katibi, Mohamed Mezghani, UİTP-in prezidenti, Khalid Alhogail təqdim edib.
“PrimeParking” dayanıqlı şəhər inkişafını təmin etmək missiyası ilə eyni anda sürücülərə, cəmiyyətə və bizneslərə fayda verən, adi parkinq seçimlərinə innovativ alternativ təqdim edir. Süni intellektlə hərəkətlilik təlimi və hər kəs üçün əlçatan parkinq proqramlarını özündə cəmləyən start-up, beynəlxalq münsiflərin xüsusi marağına səbəb olub və biznesin Azərbaycandan kənarda, qlobal tətbiqi xüsusilə müzakirə olunub.
Ülviyyə Abasova Beynəlxalq İctimai Nəqliyyat Assosasiyasının „Y4PT” gənclər təşkilatının rəsmi səfiridir. 2020-ci ildə Azərbaycanı təmsil edərək, Avropa İttifaqı və UITP tərəfindən təşkil olunan Global Transport Hackathon -da #Hackariadna 4-cülüyü əldə etmişdir. Ülviyyə bakalavr təhsilini 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və ictimai münasibətlər” ixtisası üzrə bitirmişdir. Hal-hazırda onun peşəkar maraqlarına startup, dayanıqlı inkişafın və innovasiyaların inkişaf etdirilməsi daxildir.
Tural Abbasov ABŞ-ın “Qafqazın Gənc Liderləri” və Macarıstanın “Stipendium Hungaricum” təqaüdlərinin qalibidir. “Prime Parking”-dən öncə, o, Almaniyanın “TIER Mobility” və Avstriya-mərkəzli “Global Event Technologies” start-uplarında çalışaraq, innovasiya və davamlılığın idarə olunması üzrə beynəlxalq təcrübəyə yiyələnib. Tural magistr təhsilinə bu il Hamburq Universitetində “İnnovasiya, Biznes və Davamlılıq” ixtisası üzrə start verəcək.
“PrimeParking” startup olaraq “INIT Germany” şirkətinin idarə heyyətində xüsusilə maraq yaradaraq, proyektin şirkətin mövcud olduğu bazarlarda tətbiq olunması ilə bağlı danışıqlar aparılıb.
Eyni zamanda, “New Mobility Solutions Hamburg” qurumu tərəfindən “PrimeParking” komandasına startup-ın Almaniyanın Hamburg şəhərində tətbiq olunacağı təqdirdə, tam dəstək göstəriləcəyi və ictimai nəqliyyatla bağlı lazımi datalarla təmin olunacaqlarına əminlik verilib.
Əlavə olaraq, “ENEL-X”, “Axon mobility”, “INEO”, “Hitachi Energy”, “ASELSAN” və “DB Germany” şirkətlərinin nümayəndələri birəbir görüşlər keçirilərək, proyekt üzrə potensial əməkdaşlıqlar müzakirə olunub.
ANmedia.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin