Azərbaycan və Pakistan arasında Preferensial Ticarət Sazişinin imzalanması məsələləri müzakirə edilib.
ANmedia.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter”də bildirib.
“Həmkarım energetika naziri Pərviz Şahbazovla birlikdə Pakistanın ticarət naziri Səid Navid Qəmər və neft üzrə dövlət naziri Musadik Məsud Maliklə keçirdiyimiz görüşdə Azərbaycan- Pakistan iqtisadi münasibətlərinin inkişaf istiqamətləri, ticarət əlaqələrinin gücləndirilməsinə təkan verəcək Preferensial Ticarət Sazişinin imzalanması ilə bağlı görülən işlər, qarşılıqlı sərmayələrin təşviqi və energetika sahəsində əməkdaşlıq imkanları barədə müzakirələr apardıq”, - deyə o qeyd edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin