“Bakı Metropoliteni” QSC-nin işçilərinin maaşları 15 % artırılıb.
ANmedia.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
B.Məmmədov qeyd edib ki, may ayında Müşahidə Şurasının iclası keçirilib:
“Müşahidə Şurasının sədri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev artımla bağlı protokol imzalayıb. Daha sonra “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov daxili Qərar imzalayıb”.
Qurum rəsmisinin sözlərinə görə, artımlar 1 yanvar 2023-cü ildən etibarən qüvvədədir:
“Bu səbəbdən də əməkdaşlarımız növbəti aylarda əvvəlki artımları da alacaqlar”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin