“Bu il təhsilverənlərin sertifkatlaşdırılmasında iştiraketmək üçün hazırda 34 minə yaxın müəllimin məlumatları sistemə daxil edilib”.
ANmedia.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.
Onun sözlərinə görə, sertifikatlaşdırmanın test imtahanı mərhələsi 20-24 iyun tarixlərində həyata keçiriləcək:
“Avqust ayının sonunda müsahibə mərhələsinin keçirilməsi nəzərdə tutulub”.
O qeyd edib ki, ötən il sertifikatlaşdırmadan keçmiş 3 127 təhsilverən vəzifə maaşına 35 faiz əlavə, 5 624 təhsilverən isə 10 faiz əlavə alıb:
“Bu il də imtahandan keçənlərin maaşlarına əlavələr olacaq”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin