Azərbaycan ərazisində iyunun 2-də gözlənilən hava şəraiti barədə proqnoz açıqlanıb.
ANmedia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında iyunun 4-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 17-22 dərəcə isti, gündüz 26-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq.
Azərbaycanın rayonlarında əsasən gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22 dərəcə isti, gündüz 30-35 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 13-18 dərəcə, bəzi yerlərdə 20-25 dərəcə isti olacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin