
28 May - Müstəqillik Gününə həsr olunmuş “Qan ver, həyat xilas et!” şüarı altında könüllü qanvermə aksiyası start götürüb.
ANmedia.az xəbər verir ki, aksiya Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi və Mərkəzi Qan Bankının birgə təşəbbüsü ilə Bakı Biznes Mərkəzində təşkil olunub.
Tədbirdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, nazirliyin idman şöbəsinin müdiri Elnur Məmmədov, həmçinin, nazirliyin, idman idarələri və təşkilatlarının əməkdaşları, gənclər, o cümlədən ictimaiyyət nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, saat 17:00-dək davam edəcək aksiyada 500-dək donorun iştirakı nəzərdə tutulub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








