Azərbaycan Vəkillər Kollegiyası ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində növbəti ixtisasartırma təlimləri keçirilib.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.
Vəkillər Kollegiyasının üzvləri Asif Mustafayev aprelin 12-də “Uşaqların onlayn cinsi istismarı və kibercinayətinə qarşı mübarizə” mövzusu üzrə, Vüsal Kazımzadə aprelin 17-də “Müflisolmanın hüquqi əsasları və təcrübə” mövzusu üzrə, Lalə Nağıyeva aprelin 20-də “Qadınlara qarşı zorakılıq və məişət zorakılığı” mövzusu üzrə və Fərid Həsənov aprel 28-də “Qəsdin əmələ psixoloji münasibətdə növü, formaları, tövsif zamanı müəyyən edilmə əsasları” mövzusu üzrə keçirilmiş təlimlərdə təlimçi qismində iştirak ediblər.
Ümumilikdə, təlimlərdə 175 vəkil iştirak edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin