"Seçki Məcəlləsinə əsasən, Dairə Seçki Komissiyaları 5 ildən bir yenidən formalaşdırılır. Artıq bu proseslər başa çatıb".
Anmedia.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, məntəqə seçki komissiyaları da yenidən formalaşdırılıb: "Biz indi hazırlıq işləri aparırıq. Seçki komissiyaları hər zaman hazır olmalıdır. Biz
o mərhələdəyik və onunla məşğuluq. Heç bir problem yoxdur".
Milli Məclisdə boş qalan deputat yerlərinə təkrar seçkinin nə zaman keçiriləcəyinə gəlincə M.Pənahov söyləyib: "Niyə narahat olursuz? Seçki elan olunanda eşidəcəksiniz. Ondan sonra bir yerdə işləyəcəyik".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin