Füzuli rayonunda birinci rüb ərzində vətəndaş müraciətləri, onların təhlili və qarşıda duran vəzifələrə həsr edilmiş ümumrayon müşavirəsi keçirilib.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, müşavirədə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, YAP Füzuli rayon təşkilatının sədri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə müəssisə təşkilat rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak edib.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev müşavirəni giriş sözü ilə açaraq rayon ərazisində sahibkarlarlığın və özəl sektorun inkişafına mübit şəraitin yaradıldığını bildirib. Daha sonra birinci rüb ərzində Füzuli Rayon İcra Hakimiyyətinə daxil olmuş vətəndaş müraciətləri, eləcə də RİH başçısının qəbulu və səyyar görüşlər zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin təhlili və onların həlli istiqamətində atılan addımlar barədə sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Orxan Ağakişiyev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qabil Əliyev ətraflı məlumat verib.
Bununla yanaşı artıq rayonda ASAN müraciət informasiya sisteminin aktiv olması barədə məlumat verilib.
Bundan sonra Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev vətəndaş müraciətlərinin motivinin əsasını təşkil edən məsələlərə cavabdeh xidmət təşkilatlarının rəhbərlərinə ciddi iradını bildirdi və mövcud problemlərin qısa müddət ərzində həll olunması üçün tapşırıqlarını verib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin