"Milli Qəhrəman Əlif Hacıyev" elmi-tədqiqat gəmisi aprelin 4-də Xəzər dənizinin Azərbaycan bölməsində növbəti kompleks ekoloji monitorinqlərin aparılması üçün səfərə çıxıb.
Bu barədə ANmedia.az-a Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov, ekspedisiya qrupunun rəhbəri məlumat verib.
Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər, Elm və Təhsil nazirlikləri, Dövlət Neft Şirkəti və Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının mütəxəssislərindən ibarət ekspedisiya qrupu aprelin 14-dək dənizdə kompleks tədqiqatlar və monitorinqlər keçirəcək:
“Monitorinqlər zamanı 19 məntəqə üzrə su, qrunt, dib çöküntüləri, zooplankton, bentos və hava nümunələri götürüləcək, hidrometeoroloji ölçmələr aparılacaq və biomüxtəliflik tədqiq ediləcək”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin