Martın 30-da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Dövlət Gömrük Komitəsi arasında Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə əməliyyatına dəstək məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Bu barədə ANmedia.az-a ANAMA-dan bildirilib.
Görüşdə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində minatəmizləmə əməliyyatlarının aparılmasına dəstək verilməsi, bu istiqamətdə əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.
Memorandumun məqsədi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində minatəmizləmə əməliyyatlarının aparılmasına dəstək verilməsi, mövcud resurs və imkanlardan səmərəli istifadə edilməsi, müsbət təcrübələrin mübadiləsi və zəruri ixtisas təlimlərinin təşkili, eyni zamanda kinoloji sahədə qarşılıqlı əməkdaşlığın inkişafına nail olmaqdır.
Həmçinin Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi tərəfindən Agentliyin bu istiqamətdə olan ehtiyacların təmin edilməsinə kömək göstərilməsi, ANAMA tərəfindən Mərkəzin əməkdaşlarına mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimlərinin, eləcə də kinoloji mərkəzin xidməti itlərinə və onların bələdçilərinə müvafiq təlimlərin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, birgə əməkdaşlığın perspektivləri müzakirə edilib.
Sonra Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Dövlət Gömrük Komitəsi arasında Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə əməliyyatına dəstək məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin