Azərbaycanda notariuslar kommersiya hüquqi şəxsinin təsisçiləri və onların nizamnamədəki payları, eləcə də kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnaməsini və nizamnaməsini elektron informasiya sistemləri vasitəsilə elektron sorğu əsasında əldə edəcək.
ANmedia.az xəbər verir ki, bu, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna təklif olunan əlavə və dəyişikliklərdə öz əksini tapıb.
Müvafiq qanun layihəsi hazırlanarkən "Notariat haqqında" qanuna istinad edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin