Qarabağ müharibəsi və Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə daha bir güzəştin verilməsi tövsiyə olunur.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, bu, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2023-2025-ci illər üçün Baş Kollektiv Sazişdə əksini tapıb.
Sazişdə Qarabağ müharibəsi və Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə respublika ərazisində yerləşən sanatoriya və turist bazalarına veriləcək yollayışların ümumi məbləğinin 15 faizinin işəgötürən tərəfindən ödənilməsi tövsiyə olunur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin