
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov xarici aparıcı avtomobil istehsalçıları ilə əməkdaşlıq məsələlərini müzakirə edib.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov “Twitter”də bildirib.
“General Motors” (GM) şirkətinin vitse-prezidenti Coni Saldana, “UNO MİNDA” (Unomindacom) şirkətinin rəhbəri Nirmal Kumar Minda (MindaNirmal), “Uzavtosanoat” SC-nin İdarə Heyətinin sədri Şavkat Umurzakov ilə görüşdə birgə əməkdaşlıq barədə fikir mübadiləsi apardıq”, - deyə o qeyd edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin