Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) yeni səlahiyyət verilib.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq, nazirlik sisteminə daxil olan qurumların fəaliyyətini yoxlaya, habelə onların fəaliyyətinə nəzarəti həyata keçirə biləcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin