Türkiyədə fevralın 6-da baş vermiş iki dağıdıcı zəlzələdən sonra təkrar yeraltı təkanlar yaşanır.
Belə təkanlardan biri də bu gün axşam saatlarında Kahramanmaraşda qeydə alınıb.
AFAD-dan verilən məlumata görə, zəlzələ 4,5 gücündə olub.
Episentri Onikişubat mahalı olan təkanların ocağı 9.8 km dərinlikdə yerləşib.
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 10 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin