"Azərbaycan-Ukrayna" Beynəlxalq Alyansının sədri Elmar Məmmədov II Şəhidlər xiyabanında Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktı zamanı şəhid olan Orxan Əsgərovun qəbrini ziyarət edib.
Mərhumun atası Rizvan Əsgərova belə mərd, qəhrəman oğul böyütdüyü üçün minnətdarlığını bildirib və deyib ki, Orxan Əsgərov öz rəşadəti ilə bugünkü gənclərimizə əsl örnəkdir. Alyansın sədri Orxan kimi qəhrəman oğullarla bütün Azərbaycan xalqının fəxr etdiyini və bundan sonra da hər zaman igidimizin ailəsinin yanında olduqlarını bildirib. Sonra birlikdə torpaqlarımızın azadlığı və bütövlüyü uğrundan canından keçən vətən oğullarının məzarını ziyarət edib, ruhlarına dualar oxuyublar.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin