Xankəndi-Laçın yolunda aksiyanın keçirildiyi əraziyə Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı lövhələr quraşdırılıb.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 “Report”a istinadən xəbər verir ki, lövhələrin üzərində rus və ingilis dillərində “Xocalıya ədalət” şüarı yer alıb.
Həmçinin aksiya iştirakçıları Azərbaycan, rus və ingilis dillərində “Xocalıya ədalət”, “Xocalı soyqırımını unutma”, “Xocalı soyqırımı XX əsrin faciəsi” kimi şüarlar səsləndirirlər.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 77 gündür davam edir.
Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin