
“Elektrik stansiyaları özəlləşdirilməyə çıxarılmalıdır”.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Elektroenergetika haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib.
Son illər 34 elektrik stansiyasının tikildiyini xatırladan Qüdrət Həsənquliyev deyib ki, əgər dövlət bu sahədə rəqabət istəyirsə, özəlləşməyə getməlidir:
“Bir məqama da diqqət çəkmək istəyirəm. Bakı ətrafında həyət evlərində günəş panellərinə rast gəlirikmi? Bir evin günəş panelləri ilə təmin olunması üçün 25 min manat lazımdır. Bu, kifayət qədər böyük rəqəmdir, ona görə də vətəndaşlar günəş panellərinin quraşdırılmasına xərc çəkmirlər. Dövlət bu sahədə stimullaşdırıcı rolu öz üzərinə götürməlidir”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








