Türkiyənin Kahramanmaraş bölgəsində baş verən zəlzələlər zamanı çoxlu sayda binanın dağılması ilə bağlı həbs edilənlərin sayı 160 nəfər təşkil edib.
Eyni zamanda, zəlzələlərdən sonra bölgələrdə baş verən oğurluqlarla bağlı aparılan istintaqlarda həbs olunanların sayı 181 nəfərə çatıb.
Fevralın 6-da baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra minlərlə bina xarabalığa çevrilib. 42 mindən çox insan dağıntılar altında qalaraq həyatını itirib.
Mənbə: Anadolu
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin