Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2023-cü il üzrə təsdiq etdiyi plana uyğun olaraq mühəndis bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 Müdafiə Nazirliyindən verilən məlumata istinadən xəbər verir ki, xüsusi hazırlanmış mühəndis şəhərciyində Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin Mühəndis Qoşunlarının hərbi qulluqçularının iştirakı ilə keçirilən məşğələlər zamanı istehkamçılar ərazinin kəşfi, minaaxtaranlar vasitəsilə minaların və partlamamış döyüş sursatlarının aşkar edilərək zərərsizləşdirilməsi, eləcə də digər tapşırıqları praktiki olaraq icra edirlər.
Məşğələlərin keçirilməsində başlıca məqsəd mühəndis təminatını yerinə yetirən hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin və döyüşə hazırolma vərdişlərinin, eləcə də silahlanmada olan müasir mühəndis texnikası və avadanlıqlarından effektiv istifadə etmə üzrə bacarıqlarının təkmilləşdirilməsidir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin