Bu gün Almaniyadakı görüş çərçivəsində Cənubi Qafqazda təhlükəsizlik üzrə panel müzakirələr keçiriləcək.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, panel ilə bağlı Münhen Təhlükəsizlik Konfransının rəsmi saytında məlumat yerləşdirilib.
Həmin paneldə iştirak edəcək şəxslərin siyahısında Azərbaycan Prezidenti İlham Əliyevin, Gürcüstan baş naziri İrakli Qaribaşvilinin, Ermənistan baş naziri Nikol Paşinyanın və ATƏT-in baş katibi Helqa Maria Şmidin adları var. Panelin moderatoru isə Münhen Təhlükəsizlik Konfransının sədri Kristof Hausgendir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin