Rusiyanın Perm şəhərində yaşayan Azərbaycan icması Türkiyədə baş vermiş dağıdıcı təbii fəlakətlə bağlı humanitar yardım kampaniyasına qoşulub.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Qeyd edilib ki, “Perm diyarı üzrə Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri Çingiz İsayevin rəhbərliyi ilə 35 min manat (1,5 milyon rubl) dəyərində əldə edilən çadırlar və qızdırıcılar Türkiyənin Kazandakı Baş konsulluğuna göndərilib.
Təşkilat sədri humanitar yardımın toplanmasında fəal iştirak edən soydaşlarımıza və xeyirxah insanlara minnətdarlığını bildirib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin