"Hatayspor" və "Qaziantep"in ölkədə baş vermiş zəlzələ səbəbindən cari mövsüm Türkiyə Super Liqasında mübarizə aparmayacağı təsdiqlənib.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.
Bundan əlavə, "Malatyaspor" və "Adanaspor"un I Liqada, "Adıyaman"ın II Liqada, "Niğde Anadolu" və "Malatya Arguvanspor"un III Liqada çıxış etməyəcəyi bildirilib.
Bu komandalara fevralın 6-dan etibarən bütün oyunlarda texniki məğlubiyyət (0:3 hesablı) veriləcək.
Klublar turnir cədvəlindəki mövqelərindən asılı olmayaraq 2023/2024 mövsümündə hazırkı liqalarda mübarizə apara biləcəkər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin