“Xilasetmə və axtarış qruplarını daha çox Hatay və Adıyamana göndəririk”.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, bunu Diyarbəkirdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, artıq bir neçə şəhərdə axtarış və xilasetmə işləri yekunlaşıb: “Həmin axtarış və xilasetmə qruplarını da dağıntıların daha çox olduğu Kahramanmaraş, Hatay və Adıyamana yönləndiririk. Digər vilayətlərdə də bu işlər sürətlə davam edir”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin