Türkiyədə zəlzələ nəticəsində uçan binalarda aşkarlanan tikinti qüsurları ilə bağlı səkkiz nəfər barəsində qanuni tədbir görülüb.
Həmin şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində doqquz saatlıq fasilə ilə 7,7 və 7,6 maqnitudalı zəlzələlər baş verib. Ardınca yüzlərlə afterşokun qeydə alındığı yeraltı təkanlar Türkiyənin 10 vilayətini əhatə edib.
Son məlumatlara görə, Türkiyədə zəlzələ qurbanlarının sayı 21 min nəfəri ötüb.
Mənbə: “Habertürk
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin