“Azərbaycan da yas tutur. Kimsənin kefi yoxdur”.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Hüseyn Altınalın “Twitter” hesabında yazıb.
O bildirib ki, Azərbaycan ictimaiyyətinin hər təbəqəsi zəlzələnin ağrısını ürəyində hiss edir:
“Bakıdakı məscidlərdə imamlar dualarının böyük hissəsini ölkəmizdə zəlzələdən zərərçəkənlərə həsr ediblər. O dualara “amin” deyərkən səslərin çox möhkəm çıxması təsiredici idi. Yaşasın qardaşlığımız”.
Xatırladaq ki, fevralın 6-da episentri Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Son məlumata görə, Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 18 342 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 74 242 nəfər yaralanıb. Zəlzələdən sonra bölgədə 1 509 afterşok qeydə alınıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin