Latviyadakı Azərbaycan diasporu Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən zərərçəkmiş vətəndaşlar üçün humanitar yardım toplayır.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, bu barədə “Report”a “Azəri” Gənclər Mərkəzinin sədri Amil Səlimov məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan diasporu zərərçəkənlər üçün həm maddi yardım, həm də geyim əşyaları toplayır. Yardım toplama aksiyasında təkcə azərbaycanlılar deyil, digər Latviya sakinləri də iştirak edirlər.
“Əşyalar, qida məhsulları və dərman preparatları göndərilməzdən əvvəl çeşidlənir”, - deyə A.Səlimov bildirib.
O, diasporun yükləri Latviyanın “Tavi Draugi” xeyriyyə təşkilatı ilə birlikdə göndərəcəyini əlavə edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin