Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar avtomobil yollarındakı vəziyyət haqqında məlumat yayıb.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 həmin məlumatı təqdim edir:
Bildirilib ki, Zəfər yolunda qar yağır, 6-7 dərəcə şaxta var. Hazırda yolun qardan təmizlənməsi işləri ilə yanaşı buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.
Toğanalı - Kəlbəcər - İstisu yolunda zəif qar yağır, hazırda yolun qardan təmizlənməsi işləri ilə yanaşı buzlaşmaya qarşı da müvafiq tədbirlər görülür və bu istiqamətdə işlər davam etdirilir. Ömər aşırımına doğru yüksəkliyə qalxdıqca 9-27 dərəcə şaxta müşahidə olunur. Yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunelin başlanğıc hissəsindən Ömər aşırımı istiqamətində şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.
Bakı - Quba yolunun Quba və Qusar rayonları ərazisindən keçən hissəsində qar yağır, 6 dərəcə şaxta var. Yolun qardan təmizlənməsi və buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülür.
Xınalıq kəndi istiqamətində, yolun 26-38 km hissəsində güclü qar yağır, yolda 20 sm qar var. Şaxta 12-14 dərəcə təşkil edir. Yolun qardan təmizlənməsi və buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülür, nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.
Giləzi - Xızı yolunda zəif qar yağır, lakin güclü külək əsir. Xızı rayonu ərazisində 8-10 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Bakı - Qobustan yolunda gecə saatlarında Qobustan rayonu ərazisinə qar yağıb, hazırda isə yağıntı yoxdur, 7-8 dərəcə şaxta var. Yolda buzlaşmaya qarşı tədbirlər görülür, nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Qobustan - Şamaxı - Muğanlı yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində zəif qar yağır, 3-4 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Muğanlı - Ağsu - Yevlax yolunun Muğanlı ərazisindən keçən hissəsində zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Muğanlı - İsmayıllı yolunda gecə saatlarından başlayaraq qar yağır, 3-4 dərəcə şaxta var. Yolun qardan təmizlənməsi və buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.
İsmayıllı - Qəbələ - Oğuz - Şəki yolunda zəif qar yağır, yolda qar yoxdur, İsmayıllı və Qəbələ rayonları ərazisində 3-4 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Yevlax - Şəki - Qax - Zaqatala yolunda yağıntı yoxdur, Qax rayonu ərazisində 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Şəmkir - Gədəbəy yolunda gecə saatlarından başlayaraq marşrut boyu qar yağır. 4-9 dərəcə şaxta var. Yolun qardan təmizlənməsi və buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülür, nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.
Gəncə - Daşkəsən yolunda marşrut boyu zəif qar yağır. 8-10 dərəcə şaxta var. Yolun qardan təmizlənməsi və buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.
Ələt - Astara yolunun Cəlilabad-Astara hissəsində yağış yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Masallı - Yardımlı yolunun Masallı rayonu ərazisində sulu qar, Yardımlı rayonu ərazisində qar yağır. 1-2 dərəcə şaxta var. Hazırda yol qardan təmizlənir, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Lənkəran - Lerik yolunun Lənkəran rayonu ərazisində sulu qar, Lerik rayonu ərazisində qar yağır, 5-6 dərəcə şaxta var. Hazırda yol qardan təmizlənir, qum-duz səpilir, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Bakı - Ələt - Hacıqabul - Ucar - Yevlax - Gəncə - Qazax yolunun Gəncə-Qazax hissəsinə zəif qar yağır, yolda qar yoxdur. Yolboyu nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Hacıqabul - Bəhramtəpə - Horadiz yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin