Türkiyənin mərkəzi hissəsində 4,6 bal gücündə yeni zəlzələ qeydə alınıb.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
“Zəlzələ Türkiyə vaxtı ilə 08:52-də, dağıdıcı zəlzələnin episentri olan Kahramanmaraş şəhərindən 58 kilometr şimal-qərbdə və Afşin qəsəbəsindən 26 km aralıda qeydə alınıb”, - Seysmoloji Mərkəzin məlumatında qeyd olunub.
Mənbə: Emsc-csem.org
11:18
Türkiyədə səhər saatlarında daha iki zəlzələ baş verib.
Bu barədə Kandilli Rəsədxanası məlumat yayıb.
Məlumata görə, zəlzələlərdən biri Kahramanmaraş şəhərinin Göksun rayonunda olub.
Gücü 4,2 bal olan zəlzələ saat 08:52-də 3,7 km dərinlikdə qeydə alınıb.
İkinci zəlzələ isə Malatyanın Gülümuşağı kəndində bir km dərinlikdə baş verib. Saat 09:08-də qeydə alınan zəlzələ 4,4 bal gücündə olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin