Türkiyədə baş verən zəlzələdə azərbaycanlılar da xəsarət alıb.
Bu barədə Redaktor.az-a Türkiyədə yaşayan jurnalist Nigar Almanqızı məlumat verib.
“Onların hazırda hansı xəstəxanaya aparılmalarını araşdırıram. Telefonları dağıntılar altında qaldığı üçün əlaqə yaratmaq mümkün deyil. Sadəcə olaraq, onlarla birlikdə xilas edilən başqa bir soydaşımızın dediyinə görə, vəziyyətləri ağır olub, hara aparıldıqları barədə onun da məlumatı yoxdur. Gün ərzində sizə yeni məlumatlar göndərəcəyəm”,- deyə həmkarımız əlavə etdi.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin