Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 2023-cü ildə uçot dərəcəsilə bağlı ilk qərarını açıqlayıb.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇-ın məlumatına görə, uçot dərəcəsinin 0,25 faiz bəndi qaldıraraq 8,5%-ə çatdırılması barədə qərar qəbul edib.
Eyni zamanda, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 6,75%-ə, faiz dəhlizinin yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,5%-ə qaldırılıb.
AMB-dan bildirilib ki, bu qərar daxili və xarici mühitdə inflyasiyaya artırıcı və azaldıcı təsir göstərən amillərin dinamikası nəzərə alınmaqla verilib.
Pul siyasәti ilə bağlı növbəti qərar barədə məlumat 2023-cü il mart ayının 29-da ictimaiyyətə açıqlanacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin