İtaliyanın Azərbaycandakı səfirliyi ölkəmizin Tehrandakı səfirliyinə terror hücumunu pisləyib.
“Səfirliyimiz Azərbaycanın Tehrandakı səfirliyinə qorxaqcasına hücuma görə dərin qəzəb hissi keçirir və həlak olanın ailəsinə dərin hüznlə başsağlığı verir.
Yaralıların tezliklə sağalmasını arzulayır, təhlükəsizlik əməkdaşının çevik və cəsarətli reaksiyasına heyranlığımızı ifadə edirik”, - deyə səfirliyin “Twitter” hesabında paylaşılıb.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin