
2011-ci ildən Azərbaycanda rezidentura təhsili tətbiq edildikdən sonra xarici ölkələrdə klinik ordinatura təhsili almış şəxslər üçün ilk imtahan yanvarın 23-də keçiriləcək.
ANmedia.az xəbər verir ki, həmin şəxslər imtahana buraxılış vərəqəsini imtahana ən geci 5 gün qalmış şəxsi kabinet vasitəsilə əldə edəcəklər.
İmtahanın yeri və ixtisas üzrə keçirilmə tarixi barədə məlumatlar imtahana buraxılış vərəqəsində qeyd olunacaq.
Digər imtahan tarixləri aşağıdakı cədvəl üzrə olacaq.
Keçirilmə tarixi | Vaxtı |
23.01.2023 | saat: 15:00 |
24.01.2023 | saat: 15:00 |
25.01.2023 | saat: 15:00 |
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin