Bakı Dövlət Yol Polisi İdarəsi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində vətəndaşları şəxsi nəqliyyat vasitələrindən az istifadə etməyə çağırır.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, bayram günlərinin təhlükəsizlik şəraitdə keçirilməsi məqsədilə paytaxtın mərkəzi küçə və prospektlərində, xüsusəndə Azneft, Dənizkənarı bulvar - Neftçilər prospekti boyunca kəsişən digər yollarda avtomobillərin intensiv hərəkətini nəzərə alıb şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi və ən əsası dayanma və durma tələblərinə ciddi şəkildə riayət edilməsi tövsiyə edilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin