
Çilinin Vina-del-Mar şəhərinin sakinlərinə ziyan vuran meşə yanğını nəticəsində 67 nəfər xəsarət alıb, 270 ev dağılıb.
Yanğın dekabrın 22-də başlayıb. Onun yayılmasının qarşısı alınsa da, hələ də söndürülməyib.
Yanğınsöndürənlər yanğının səngidiyini, lakin müəyyən şərtlər altında hələ də alovlana biləcəyini bildiriblər.
Çili rəsmiləri yanğından 111 hektar meşə sahəsinin təsirləndiyini bildiriblər.
Mənbə: rossaprimavera.ru
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin