“ASAN Kommunal” üzərindən “Azərişıq” ASC ilə bağlı bütün xidmətlər 100 faiz elektronlaşdırılıb”.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, “Azərişıq” ASC-nin “ASAN xidmət”lə iş departamentinin direktoru müavini İnam Yusifov deyib.
O bildirib ki, qalan xidmətlər yalnız smart-kartlarla bağlıdır:
“Belə ki, kəndlərdə smart-kartların balansını artırmaq üçün əhalinin harasa getməsinə gərək qalmır. Smart-kartların balansını artırmaq üçün “Android” və “iOS” sistemli smartfonlara qoşulması mümkün olan kartoxuyucu cihazlar var. Qiyməti 22 manatdır. Bu vasitə ilə sayğaca vəsait yükləmək mümkündür”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin