Qırğız Respublikasının paytaxtı Bişkekdə Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzi fəaliyyətə başlayıb.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki ,bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
“Mərkəzi Asiyada Tərəqqipərvər Azərbaycanlıların Birliyi” ictimai təşkilatının sədri Xansıvar Baxşəliyev bildirib ki, dekabrın 11-də açılan mərkəzdə Azərbaycan, qırğız dilləri və milli rəqslər tədris olunacaq. Burada təkcə Azərbaycan əsilli uşaqlar deyil, həm də qırğız və digər xalqların övladları təhsil alacaqlar.
Onun sözlərinə görə, mərkəz eyni kökə, oxşar dilə və mədəniyyətə malik olan qardaş Azərbaycan və qırğız xalqları arasında dostluq körpüsü rolunu oynayacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin