“Həkimlərin əməkhaqqı bir neçə dəfə artırılıb”.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzə mediatur zamanı mərkəzin rəhbəri Könül Ələkbərov deyib.
K.Ələkbərov qeyd edib ki, tibb bacılarının da maaşlarında artım var:
“2019-cu ildə Kliniki Tibbi Mərkəzdə həkimlərin əməkhaqqı 375 manat olub. İndi isə bu məbləğ 2 min 26 manata yüksəlib. Tibb bacılarının əməkhaqqı 2019-cu ildə 258 manat olub. Hazırda həmin şəxslərin aylıq əməkhaqqı 596 manata çatıb. Kiçik tibb heyəti işçilərinin aylıq əməkhaqqı isə 2019-cu ildə 209 manat idisə, indi 488 manatdır”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin