Azərbaycan Respublikasının Albaniya və Keniyada səfirlikləri fəaliyyət göstərəcək.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.
Albaniyadakı səfirlik Tirana, Keniyadakı isə Nayrobi şəhərində təsis olunacaq.
Səfirliklərin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etmək Azərbaycan Nazirlər Kabinetinə, strukturunu və ştat cədvəlini təsdiqləmək isə Xarici İşlər Nazirliyinə həvalə olunur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin