Azərbaycanda qiymətli kağızların dövlət reyestri aparılacaq.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 “Report”un xəbərinə istinadən xəbər verir ki, bununla bağlı Mülki Məcəlləyə dəyişiklik edilir.
Dəyişikliklə qiymətli kağızların yeni dairəsi müəyyən edilir, qiymətli kağızların dövlət reyestrinin aparılması və sənədli qiymətli kağızın itirilməsi ilə bağlı hüquqi prosedurlar tənzimlənəcək.
Təklif olunan dəyişikliklərlə “səhm sahibləri” ifadəsi “səhm mülkiyyətçiləri”, “reyestrsaxlayıcı” ifadəsini “mərkəzi depozitar”, “mənzil” ifadəsi “daşınmaz əmlak”, “məhkəmə icraçıları” ifadəsi “icra məmurları” ilə əvəzlənir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin