
Azərbaycanda Novruz çərşənbələrinin vaxtı məlum olub.
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından anmedia.az-a verilən xəbərə görə, bu ilin ilk çərşənbəsi - Su çərşənbəsi fevral ayının 22-nə təsadüf edəcək. Martın 1-i Od, 8-i Yel (Hava), 15-i isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.
Qeyd edək ki, yaz fəsli Azərbaycana martın 20-si saat 19:33-də daxil olacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin