
Sabahın hava şəraiti haqqında məlumat açıqlanıb.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında noyabrın 14-ü günün ikinci yarısından 15-i səhərədək arabir yağış yağacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə noyabrın 14-ü gündüzdən 16-dək bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir.
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin