Bakıda 8 noyabr Zəfər Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə şəxsi heyətinin yürüşü ilə əlaqədar 3 marşrut üzrə yollar bağlı olacaq.
Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib.
O bildirib ki, tədbirlərlə əlaqədar müəyyən marşrutlar nəzərdə tutulub.
Birinci marşrut: Heydər Əliyev sarayı, Bülbül prospekti, Nizami kino mərkəzi, Neftçilər prospekti, Azadlıq meydanı istiqamətində;
İkinci Marşrut: Şəhidlər Xiyabanı, Alov Qüllələri kompleksi, İçərişəhər metrosu, İstiqlaliyyət küçəsi, Azneft dairəsi, Bəhram Gur heykəlinin qarşısı;
Üçüncü marşrut: Hüseyn Cavid parkı, Hüseyn Cavid Prospekti, Parlament Prospekti, Şəhidlər Xiyabanı.
DYP rəsmisi bildirib ki, qeyd olunan saatlarda marşrutlar üzrə yollarda nəqliyyatın hərəkəti dayandırılacaq:
"Sürücülərdən və hərəkət iştirakçılarından xahiş edirik ki, yürüşün keçirildiyi saatlarda lazımi şəraiti yaratsınlar, tədbirin yüksək səviyyədə keçirilməsi ilə bağlı polisə dəstək göstərsinlər".
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin