“Bakı Metropoliteni”nin Xocəsən qəsəbəsində ikinci elektrik deposu və yerüstü stansiyası istismara hazırlanır.
Bu barədə 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 “Bakı Metropolteni” QSC-dən verilən məlumata istinadən xəbər verir.
Məlumata görə, hazırda sınaq, həmçinin abadlaşma işləri aparılır.
Qeyd edək ki, “Xocəsən” metrostansiyası Bənovşəyi xəttə daxildir. Bundan əvvəl sözügedən xəttin “Avtovağzal”, “Memar Əcəmi”, “8 Noyabr” stansiyaları istifadəyə verilib.
2011-ci ildə “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi” təsdiq edilib. Bu sənədə görə perspektivdə Bakı metropoliteninin ümumi şəbəkəsi 3 mövcud (Qırmızı, Yaşıl və Bənövşəyi) və 2 əlavə yeni xətt (Mavi və Sarı) olmaqla, 5 xətdən, 77 stansiyadan, 6 elektrik deposundan və 120 km-ə yaxın xətlərdən ibarət olmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin