Səhiyyə naziri Teymur Musayev Azərbaycanda qəzaya düşən millət vəkili Şamil Ayrımı ziyarət edib.
Bu barədə 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 Səhiyyə Nazirliyinin məlumatına istinadən xəbər verir.
Bildirilir ki, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu Nərminə Mustafayeva ilə gerçəkləşən ziyarət millət vəkili Şamil Ayrımın müalicə olunduğu İstanbul Başakşehir Çam ve Sakura Şəhər xəstəxanasında baş tutub.
Səhiyyə naziri millət vəkilinin səhhəti ilə maraqlanıb və ona Allahdan şəfalar diləyib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin