Oktyabrın 30-da Pirqulu stansiyasından 47 km cənubda, Qobustan rayonunda növbəti zəlzələ qeydə alınıb.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 Oxu.Az-a istinadən xəbər verir ki, yerli vaxtla saat 08:08-də qeydə alınmış zəlzələnin ocağı 4 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb. Yeraltı təkanların maqnitudası 3,1-ə bərabər olub.
Qeyd edək ki, ötən gün də yerli vaxtla saat 17:50-də Pirqulu stansiyasından 44 km cənubda Qobustan rayonu ərazisində daha bir zəlzələ qeydə alınmışdı.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin