Avropa İttifaqının Ermənistan-Azərbaycan şərti sərhədində Ermənistan tərəfdən mülki monitorinq missiyası artıq işə başlayıb. Aİ əməkdaşları Ermənistan tərəfdən ərazilərə baş çəkiblər.
Bu barədə şənbə günü Qeqarkunik (Başkənd - red.) vilayətinin qubernatoru Karen Sarkisyan keçirdiyi brifinqdə bildirib.
“Missiya artıq başlayıb, biz onun üzvləri ilə sərhəddəki ərazilərə baş çəkdik”, - deyə bildirib və əlavə edib ki, daha ətraflı məlumat Ermənistan Müdafiə Nazirliyi tərəfindən veriləcək.
Mənbə: TASS
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin