𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, cari ilin 22 oktyabr tarixində Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsi tərəfindən Bakı Şəhər Probasiya İdarəsinin, Sumqayıt Şəhər Probasiya Şöbəsinin, habelə Abşeron, Xızı, Qobustan rayonu üzrə yerli probasiya qurumlarının icra məmurlarına "İctimai işlər növündə cəzanın və inzibati tənbehin icrası zamanı nəzarət subyektlərinə tətbiq edilən elektron nəzarət vasitələrinin xüsusiyyətləri" mövzusunda təlim keçirilmişdir.
Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47-ci maddəsinə əsasən ictimai işlər növündə cəzanın və İnzibati Xətalar Məcəlləsinin 28-ci maddəsinə əsasən bu növ inzibati tənbehin icrası zamanı elektron nəzarət vasitələrinin tətbiqi nəzərdə tutulmuşdur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin