Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi Vətən müharibəsi şəhidlərinin uşaqlarının Qobustan Milli Tarix-Bədii Qoruğuna ekskursiyasını təşkil edib.
Bu barədə 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına istinadən xəbər verir.
Bildirilir ki, 30-a yaxın şəhid övladının iştirak etdiyi ekskursiya zamanı uşaqlar Qobustan qoruğunda mühafizə edilən qədim insan və heyvan təsvirləri, qayaüstü rəsmlərdə əks olunmuş ov, döyüş və rəqs səhnələri ilə tanış olublar.
Şəhid övladlarına ərazidə fəaliyyət göstərən, 12 ekspozisiya zalından ibarət olan muzey barədə də ətraflı məlumat verilib.
Ziyarətçilər dünyanın müxtəlif guşələrində olan qayaüstü incəsənət nümunələri, Qobustanın minilliklər ərzində dəyişən təbii mühiti, aparılmış arxeoloji qazıntılar, qədim insanların həyat tərzi və s. haqqında məlumatlandırılıblar. Ekskursiya xoş anlarla yadda qalıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin